Milyonluq "Yer günü" aksiyasında 4 şəhid, 300 yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337812-milyonluq_yer_günü_aksiyasında_4_şəhid_300_yaralı
Fələstinli mənbələr milyonluq "Yer günü" aksiyasında fələstinlilərdən dörd nəfərin şəhid olması və azı 300 nəfərin yaralanmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2019 06:58 Asia/Baku
  • Milyonluq
    Milyonluq "Yer günü" aksiyasında 4 şəhid, 300 yaralı

Fələstinli mənbələr milyonluq "Yer günü" aksiyasında fələstinlilərdən dörd nəfərin şəhid olması və azı 300 nəfərin yaralanmasından xəbər veriblər.

Fələstinin müxtəlif məntəqələri, o cümlədən İordan çayının qərb sahili və Qəzzə bölməsi dünən "Yer günü"nün 43-cü və "Qayıdış haqqı" aksiyasının 1-ci ildönümü günündə fələstinlilərin milyonluq aksiyasının şahidi olublar.

Sionist hərbçilər fələstinli aksiyaçıları yatırarkən hərbi güllələrdən əlavə, gözyaşardıcı və zəhərli qazlardan istifadə ediblər.

Sionist rejim 1976-cı il martın 30-da fələstinlilərin Fələstinin şimalında, Əlcəlil məntəqəsində yerləşən minlərlə hektar torpağını müsadirə etdi.

Bununla bağlı, dinc mahiyyətli "Qayıdış haqqı" yürüşləri "Yer günü" münasibətilə 2018-ci il martın 30-da başlayaraq, Qəzzə zolağında keçirilməkdədir. 

2018-ci il martın 30-dan bəri bu aksiyalarda 270-dən çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək, şəhid olub və azı 27 min fələstinli də yaralanıbdır.