Ərəb Liqasının sammiti başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337824-Ərəb_liqasının_sammiti_başlanıb
Tunisdə keçirilən Ərəb Liqasının otuzuncu adi sammiti Suriyanın işğal olunmuş Qolana hakimiyyəti haqqını elan etməklə işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2019 14:33 Asia/Baku
  • Ərəb Liqasının sammiti başlanıb
    Ərəb Liqasının sammiti başlanıb

Tunisdə keçirilən Ərəb Liqasının otuzuncu adi sammiti Suriyanın işğal olunmuş Qolana hakimiyyəti haqqını elan etməklə işə başlayıb.

Səudiyyə kralı Salman bin Əbduləziz bu sammitin açılış mərasimində iddia edib ki, Fələstin məsələsi Ərəbistanın diqqət mərkəzində durur.

Ərriyadın Suriyada siyasi həll yoluna dəstək verdiyini iddia edən Əbduləziz Qolan barədə də iddia edibdir ki, Suriyanın işğal olunmuş Qolana hakimiyyətinin hər cür pozulmasını qəbul etməyəcək.

Salman bin Əbduləziz daha sonra İran İslam Respublikasına qarşı mənfi atmosfer yaratmağa başlayıb. O, heç bir səbəb və dəlil gətirmədən iddia edibdir ki, İranın ədavətli siyasətləri beynəlxalq müahidələri pozur.

Tunis prezidenti Əl-Baci Qaid əs-Səbsi də bu sammitdə bildirib ki, Fələstin məsələsinin diqqət mərkəzinə qaytarılması üzrə fəaliyyətlər artırılmalıdır.