Qaşıqçı qətlinin amilləri Amerikada təlim keçiblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337826-qaşıqçı_qətlinin_amilləri_amerikada_təlim_keçiblər
"Vaşinqton Post" qəzeti səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının qətli amilləri barədə daha artıq detalları ifşa edərək, yazıb: Bu əməliyyatda əli olmuş səud məmurlarından bir qrupu öz təlim kursunu Amerikada keçiribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2019 14:35 Asia/Baku
  • Qaşıqçı qətlinin amilləri Amerikada təlim keçiblər
    Qaşıqçı qətlinin amilləri Amerikada təlim keçiblər

"Vaşinqton Post" qəzeti səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının qətli amilləri barədə daha artıq detalları ifşa edərək, yazıb: Bu əməliyyatda əli olmuş səud məmurlarından bir qrupu öz təlim kursunu Amerikada keçiribdir.

Camal Qaşıqçı 2018-ci il oktybarın ikisində Ərriyaddan göndərilmiş on beş nəfərlik bir qrup tərəfindən Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirildi.

"Vaşinqton Post" qəzetinin məlumatına görə, ondan yuxarı amerikan və səud mənbə adının açıqlanmaması şərti ilə bildiribdir ki, Qaşıqçının qətli məmurlarından bəziləri öz təlimlərini Amerikada keçiriblər.

"Vaşinqton Post" qəzeti sonra yazıb: Bu təlim kursu Qaşıqçının qətlindən öncə Amerika ilə Ərəbistan arasında cari həmkarlığın bir hissəsi kimi keçirilirdi, Qaşıqçının qətli macərasından sonra isə Amerikanın səud krallığı ilə bir neçə təhlükəsizlik proqramı dayandırılıbdır.