ABŞ hərbçiləri Suriyada qalmaqda davam edirlər
Mart 31, 2019 16:24 Asia/Baku
-
ABŞ hərbçiləri Suriyada qalmaqda davam edirlər
ABŞ prezidentinin vədlərinin əksinə olaraq, bu ölkənin müdafiə nazirliyi- Pentaqon amerikalı hərbçilərin Suriyadakı iştiraklarının davam edəcəyindən xəbər verib.
Nyu-York Tayms qəzeti yazıb: ABŞ prezidenti Donald Trampın bu ölkənin bütün hərbçilərinin Suriyadan çıxmaları barədəki öncəki vədlərinin əksinə olaraq, Pentaqon başçıları bu ölkənin min hərbçisini Suriyada saxlamaq fikrindədirlər.
Tramp 2018-ci ildə amerikalı hərbçilərin İŞİD-in məğlub edilməsi üzrə iddia olunan tapşırığının başa çatdığını elan edərək, onları Suriyadan çıxarmaq niyyətindən xəbər vermişdi.
Teqlər