İrana qarşı puç iddialar təkrar edilib
-
iddialar təkrar edilib
Bəhreynin baş nazir müavini Ərəb Liqasının Tunisdə keçirilən 30-cu sammitində Ali-Xəlifə rejiminin İrana qarşı həmişəki ittihamlarını təkrar edib.
Muhəmməd bin Mubarək Ali-Xəlifə bu yığıncaqda ümumi fikri Bəhreyn xalqının bu rejim tərəfindən geniş şəkildə yatırılmasından yayındırmaq məqsədilə iddia edib ki, İran Bəhreyn daxil olmaqla region ölkələrinin işlərinə qarışır.
Bəhreynin baş nazir müavini həmçinin gülünc bir ifadədə İran İslam Respublikasını terrorizmə dəstək verməkdə ittiham edib. O, dünya ictimaiyyətindən istəyibdir ki, Ali-Xəlifə rejiminin "İranın ərəb ölkələrinin işlərinə qarışması" adlandırdığı məsələni durdurmaq üçün Tehrana təzyiq göstərsin.
İran Xarici İşlər Nazirliyinin sözçüsü son zamanlar Ali-Xəlifə rejimi başçılarının İran İslam Respublikasına qarşı iddialarına cavab olaraq, belə demişdi: Bəhreyn rejimi ardıcıl şəkildə günahı başqasının boynuna yıxmaq və qonşularını ittiham etmək yerinə, beynəlxalq ictimaiyyətin müxalif qrupların rəhbərləri ilə müzakirənin başlanması üzrə ardıcıl tövsiyələrinə müsbət cavab versin.
Qərbi Asiyanın ən kiçik ölkəsi olan Bəhreyn, insan haqları mənbələrinin bildirdiklərinə görə, öz əhalisinin sayına nistbətən ən çox siyasi məhbusa malikdir.