Səud koalisiyası Yəmən yollarından 5000 kilometri dağıdıbdır
Apr 01, 2019 06:49 Asia/Baku
-
Səud koalisiyası Yəmən yollarından 5000 kilometri dağıdıbdır
Yəmənin yol və infrastrukturlar nazirliyi bildirib ki, səud koalisiyasının bombardmanları indiyədək Yəmənin yol şəbəkəsindən təqribən beş min kilometri dağıdıbdır.
Yəmənin yol və infrastrukturlar nazirliyi səud koalisiyasının bombardmanları nəticəsində bu ölkənin yol şəbəkəsinə vurulmuş maliyyə xəsarətlərinin miqdarını təqribən 822 milyard 935 milyon Yəmən rialı, başqa sözlə, üç milyard 291 milyon dollar elan edibdir.
Səud koalisiyası Yəmənə qarşı təcavüzün ilk anlarından bu ölkənin kəndləri və şəhərlərinin bir-biriləri ilə əlaqələrini kəsmək məqsədilə Yəmənin körpüləri və yollarını dağıtmağı gündəmə daxil edibdir.