Ərəbistanın nüvə reaktorunun ilk görüntüləri yayımlandı
-
Ərəbistanın nüvə reaktorunun ilk görüntüləri yayımlandı
Peyk vasitəsilə çəkilmiş foto şəkillərə əsasən Səudiyə Ərəbistanı ilk nüvə reaktorunu təkmilləşdirmək üzrədir.
Peyk vasitəsilə çəkilmiş foto şəkillərdən aydın olur ki. Ərəbistan ilk nüvə reaktorunu təkmilləşdirmək ərəfəsindədir. Nüvə fəaliyyətlərinə nəzarət üzrə beynəlxalq qaydalardan kənar olan bu fəaliyyətlər ciddi narahatlıqlara və nigaranlıqların yaranmasına səbəb olub.
"Google" tərəfindən yayılmış görüntülərə əsasən təhqiqat xarakteri daşıyan bu nüvə təsisatı Ər-Riyadda, Kral Əbdüləziz Elm və Texnologiyalar Mərkəzinin cənub-qərb blokunda yerləşir. Bu görüntülər Ərəbistanın nüvə fəaliyyətlərindəki inkişafdan xəbər verir. Həmçinin, bu görüntülər reaktorun təkmilləşdirilməsi işlərinin təqribən yekunlaşmaq ərəfəsində olduğunu təsdiq edir.
Bu reaktor nüvə yanacağının saxlanılması üçün nəzərdə tutulmuş slindir şəklində olan iri çənin ətrafında yerləşir.
Ərəbistanın nüvə fəaliyyətlərindəki bu irəliləyiş nüvə silahlarına nəzarət üzrə mütəxəssislərdə ciddi narahatlıq doğurub. Bunun səbəbi Ərəbistanın indiyə kimi nüvə fəaliyyətlərinə dair beynəlxalq normalara uyğun hərəkət etməməsi və öz fəaliyyətlərinə dair beynəlxalq nəzarət təşkilatlarını məlumatlandırmamasıdır.