Sionist hərbçinin cənazəsinin tapılması; Netanyahunun təbliğat vasitəsi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338263-sionist_hərbçinin_cənazəsinin_tapılması_netanyahunun_təbliğat_vasitəsi
Livan mediaları 38 ildən sonra sionist bir hərbçinin cəsədinin tapılmasına dair xəbərləri Netanyahunun 2019-cu il üçün seçki kampaniyasının növbəti təbliğat vasitəsi adlandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2019 08:43 Asia/Baku
  • Sionist hərbçinin cənazəsinin tapılması; Netanyahunun təbliğat vasitəsi
    Sionist hərbçinin cənazəsinin tapılması; Netanyahunun təbliğat vasitəsi

Livan mediaları 38 ildən sonra sionist bir hərbçinin cəsədinin tapılmasına dair xəbərləri Netanyahunun 2019-cu il üçün seçki kampaniyasının növbəti təbliğat vasitəsi adlandırıblar.

Sionist rejimin baş naziri Benyamin Netanyahu özü və həyat yoldaşına qarşı korrupsiya və rüşvətxorluq ittihamları ilə üz-üzə olduğu üçün diqqətləri bu məsələdən yayındırmaq üzrə Livan və Hizbullah ətrafında bir neçə ssenari üzərində işləyir. Livanın doqquz saylı blokunda yerləşən neft və qaz yataqlarının ələ keçirilməsinə dair təhdidlər, Livan və İsrail sərhədlərində Hizbullaha məxsus tunellərin olmasına dair əsassız iddialar, indi də 38 ildən sonra bir sionist hərbçinin cəsədinin tapılması Netanyahu üçün qarşıdan gələn parlament seçkiləri üçün təbliğat vasitəsindən başqa bir şey deyil. ABŞ prezidenti tərəfindən qeyri-qanuni bir sənədin imzalanması və bu sənəd əsasında ABŞ-ın Suriyanın işğal edilmiş Colan yüksəkliklərini İsrail ərazisi kimi tanıması da elə bu istiqamətdədir. Siyasi analitik Məhəmməd Ti bu barədə deyir: Livanın su sərhədlərinin xüsusilə də neft yataqlarının olduğu doqquzuncu blok ərazisində İsrail tərəfindən təhdid edilməsi ötən bir ildə xeyli şiddətlənib. Bunun kənarında Livan Hizbullahının məxfi tunellərə malik olmasına dair quru sərhədlərinin intensiv şəkildə pozulması məsələsi də media təbliğatı xarakteri daşıyırdı. Amma, Livan rəsmilərinin qəti mövqe sərgiləmələri və Hizbullahı dəstəkləmələri habelə, Livan Hizbullahının sionist düşmən ilə mübarizəyə tam hazır olduğunu elan etməsi bütün təhdidləri zərərsizləşdirmiş olub.