33 Səudiyyə müəssisəsi iflasın astanasına
-
33 Səudiyyə müəssisəsi iflasın astanasına
Ərəbistanda çıxan Əl-Vətən qəzeti şənbə günü 33 səudiyyə müəssisəsinin iflas ərəfəsində olduğunu yazdı.
İRNA-nın məlumatına görə, Ərəbistanda iflasın elan edilməsinə dair müraciətlər 42% artıb.
29-30 apreldə Ərəbistanda iflas böhranını araşdırmaq üçün Ərəbistanın Ticarət və İnvestisiya Nazirliyi tərəfindən ilk konfransın keçirilməsi nəzərdə tutulub.
Ərəbistan 2018-ci ilini 52 milyard dollar büdcə kəsri ilə başa vurdu.
Səudiyyə Ərəbistanı son zamanlar tütün məmulatları, içkilər və bəzi ev ləvazimatları üçün vergiləri 100% artırıb.
Ərəbistan iqtisadiyyatı neft silahından Rusiya. İraq və İrana təzyiq göstərmək üçün istifadə etməsinin ardınca xeyli pisləşib. Ər-Riyadın regionda terrorizmi himayə üzrə milyardlarla dollar vəsait xərcləməsi, Yəmən müharibəsi və Səudiyyə şahzadələrinin israfçılıqları da Ərəbistanın iqtisadi baxımdan ciddi problemlər ilə üzləşməsinə səbəb olub.