Yəmən ordusu Səudiyyə qüvvələrinin mövqeyinə raket zərbəsi endirdi
Apr 07, 2019 11:13 Asia/Baku
-
Yəmən ordusu Səudiyyə qüvvələrinin mövqeyinə raket zərbəsi endirdi
Yəmən ordusu və xalq qüvvələrinin Ərəbistanın Əsir vilayətində yerləşən Ələb keçid məntəqəsində təcavüzkar qüvvələrin mövqelərinə raket zərbəsi endirməsi nəticəsində bir qrup təcavüzkar hərbçi ölüb və yaralanıb.
Mehr informasiya agentliyinin bildirdiyinə görə, Yəmən ordusu və xalq qüvvələri həmçinin, ayrı-ayrılıqda iki əməliyyatda Əsir məntəqəsində Səudiyyə muzdlularına ağır zərbələr endiriblər.
Yəmənin Həccə vilayətində, Midi səhrasına həyata keçirilən əməliyyat zamanı isə yəmənli snayperlər 3 sudanlı muzdlu qatili öldürüblər.
Bir Səudiyyə hərbçisi də Yəmənli snayperlərin Ərəbistanın cənubunda, Cizan vilayətində həyata keçirdikləri əməliyyat zamanı öldürülüb.