Səudiyyə muzdluları Yəmənin Əl-Hüdəydə şəhərinə raket zərbəsi endiriblər
-
Səudiyyə muzdluları Yəmənin Əl-Hüdəydə şəhərinə raket zərbəsi endiriblər
Səudiyyə Ərəbistanı və başçılıq etdiyi təcavüzkar koalisiyanın tabeliyində olan qüvvələr cümə axşamı bir daha atəşkəs anlaşmasını pozaraq, Yəmənin qərbində yerləşən Əl-Hüdəydə şəhərini 3 ədəd raket ilə hədəfə alıblar. Atılan raketlər Əl-Hüdəydə şəhərinin 16-cı kilometr məntəqəsinə düşüb.
İRİB-nin bildirdiyinə görə, bu raket hücumu çoxlu sayda mülkinin ölməsinə səbəb olub.
İsveçdə Əl-Hüdəydə şəhərində atəşkəsin elan edilməsinə dair əldə olunmuş anlaşma 18 dekabr 2018-ci il tarixində qüvvəyə minsə də Səudiyyə koalisiyası intensiv şəkildə onu pozur.
Əl-Hüdəydə liman şəhəri Yəmənə humanitar yardımların göndərilməsi üçün başlıca giriş nöqtəsi sayılır.
Yəmən sülh müzakirələrinin 6-cı dövrü BMT baş katibinin xüsusi nümayəndəsi Martin Qrifitin sədrliyi habelə, Səna və Ər-Riyaddan gəlmiş nümayəndə heyətlərinin iştirakı ilə 6 dekabrda İsveçin Stokholm şəhərində start götürdü. bir həftə davam edən müzakirələrin sonunda 13 dekabrda Əl-Hüdəydə şəhərində atəşkəsin bərqərar edilməsinə dair anlaşma əldə olundu.
İndiyə kimi Yəməndə savaşın sonlandırılmasına dair dəfələrlə cəhd edilsə də Ərəbistan və müttəfiqləri buna imkan vermirlər.