Qəzzə sakinlərinə qarşı cinayətlərin durdurulması üçün beynəlxalq müdaxiləyə çağırış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338888-qəzzə_sakinlərinə_qarşı_cinayətlərin_durdurulması_üçün_beynəlxalq_müdaxiləyə_çağırış
Qəzzənin mühasirəsini yarmaq üzrə "Qayıdış Haqqı" yürüşlərini təşkil edən milli heyətin hüquq komitəsi dünya ictimaiyyəti və beynəlxalq dairələrdən İsrail rejiminin Qəzzə sakinlərinə qarşı cinayətlərinin durdurulması üçün təzyiq göstərmələrini istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2019 08:52 Asia/Baku
  • Qəzzə sakinlərinə qarşı cinayətlərin durdurulması üçün beynəlxalq müdaxiləyə çağırış
    Qəzzə sakinlərinə qarşı cinayətlərin durdurulması üçün beynəlxalq müdaxiləyə çağırış

Qəzzənin mühasirəsini yarmaq üzrə "Qayıdış Haqqı" yürüşlərini təşkil edən milli heyətin hüquq komitəsi dünya ictimaiyyəti və beynəlxalq dairələrdən İsrail rejiminin Qəzzə sakinlərinə qarşı cinayətlərinin durdurulması üçün təzyiq göstərmələrini istədi.

Fələstini İnformasiya Mərkəzinin bildirdiyinə görə, "Qayıdış Haqqı" yürüşünü təşkil edən milli heyətin hüquq komitəsi bir bəyanat yayaraq, sionist rejim hərbçilərinin fələstinli yürüş iştirakçılarına qarşı hücumları və zorakılıqlarının davam etməsini kəskin formada qınayıb və bildirib: BMT və Cenevrə konvensiyasını imzalayan tərəflər üzərlərinə düşən qanuni və əxlaqi məsuliyyətə əməl etməli və İsrail rejiminin cinayətləri qarşısında fələstinli mülkiləri habelə, bu rejimin zindanlarındakı fələstinli əsirləri müdafiə etməlidirlər. 

Bu komitə daha sonra dünya ictimaiyyəti və beynəlxalq dairələrin İsrail rejiminin "Qayıdış Haqqı" yürüşü iştirakçılarına qarşı hücumlarını dayandırması üçün təcili olaraq ciddi addımlar atmasını istəyib. 

Ötən cümə günü 54-cü "Qayıdış Haqqı" yürüşündə İsrail hərbçilərinin atəş açması nəticəsində Fələstinli bir qız şəhid olmuş, 66 nəfər o cümlədən bir neçə jurnalist və təcili yardım əməkdaşı güllə yarası almışdı.