Yəmən məclisinə ara seçkiləri keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338903-yəmən_məclisinə_ara_seçkiləri_keçirilib
Yəmənli seçicilər dünən bu ölkə məclisinə ara seçkilərində iştirak ediblər. Bu, 16 ildən sonra Yəməndə keçirilən ilk parlament seçkiləri olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2019 06:52 Asia/Baku
  • Yəmən məclisinə ara seçkiləri keçirilib
    Yəmən məclisinə ara seçkiləri keçirilib

Yəmənli seçicilər dünən bu ölkə məclisinə ara seçkilərində iştirak ediblər. Bu, 16 ildən sonra Yəməndə keçirilən ilk parlament seçkiləri olubdur.

Yəmən məclisinə ara seçkiləri səudiyyənin Sənada qanuni məclisin fəaliyyəti yolunda sabotaj törətməyə cəhd göstərməsilə bir zamanda keçirilib. Bu cəhdlər Yəmən parlamentində bu ölkəyə təcavüzə dəstək verən bəzi üzvlərin hərəkətləri yolu ilə göstərilibdir. Onlar Həzrəməut əyalətinin Sayun şəhərində iclas keçiriblər. Rəsmi Səna bu iclası pisləyib və seçicilər də Sayun iclasında iştirak edənlər barədə cinayət məcəlləsinin 125-ci maddəsinin icra olunmasını istəyiblər. Bu maddə böyük xəyanət edənlər barədə həmin şəxslərin əmlaklarının müsadirə olunmasına və onların edam edilmələrinə təkid edir.

Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbuh Mənsur Hadinin səyləri xalq və siyasi dairələrin geniş müxalifəti ilə üzləşib və onlar bu müxalifətə təkid üçün seçkilərdə iştiraka israr ediblər.