Şərəfli İbrahim hərəmi fələstinli müsəlmanların üzünə bağlanıb
-
Şərəfli İbrahim hərəmi fələstinli müsəlmanların üzünə bağlanıb
Sionist rejim hərbçiləri yəhudi bayramlarının keçirilməsi bəhanəsilə şərəfli İbrahim hərəminin giriş qapılarını namazqılanların üzünə bağlayıblar.
Şərəfli İbrahim hərəminin müdiri Hifzi Əbu Səninə deyib: Sionist rejim hərbçiləri təcavüzkar bir hərəkətdə qərb sahilinin cənubunda yerləşən Əlxəlil şəhərindəki İbrahim hərəmini bağlayıblar ki, sionist qəsəbə sakinləri öz bayram şənliklərini bu məkanda keçirmiş olsunlar.
Əbusəninə söyləyib: İbrahim hərəminin namazqılanların üzünə bağlanması bu hərəmə aşkar təcavüz, eləcə də müsəlmanların özlərinə məxsus olan ibadət məkanlarına getmək haqlarına təcavüzdür və bütün beynəlxalq qayda-qanunlar və adət-ənənələr onu qanunsuz sayıblar.
Yüzlərlə sionist hərbçi İbrahim hərəminin ətrafında yerləşibdir ki, sionist qəsəbə şənliklərinin bu məkandakı təhlükəsizliklərini bərqərar etmiş olsun.