Ərəblər və sionistlərin sazişinin təhlükələri barədə xəbərdarlıq
-
Ərəblər və sionistlərin sazişinin təhlükələri barədə xəbərdarlıq
Bir qrup fələstinli şəxsiyyət bəzi ərəb ölkələrinin sionist rejimlə sazişinin təhlükələri barədə xəbərdarlıq edib və bildirib ki, bu iş Amerika ilə sonist rejimin Fələstin amalına qarşı yönəlmiş “əsrin sövdələşməsi” adlı yeni fitnələrinin icrasına yol açacaq.
İordan çayının qərb sahilində yerləşən Əlaləm telekanalının müxbiri bir reportajda deyib: Trampın layihəsi, yəni “əsrin sövdələşməsi” hazırda Fələstin ərazilərində, siyasi dairələrdə və hətta xalq arasında danışılan ən mühüm mövzudur. İşğlaçılarla yanaşı gizli surətdə plan cızmaqda olan Amerika, “əsrin sövdələşməsi” ilə Fələstin amalına son qoymağa çalışır, amma fələstinlilərin şəkk-şübhələrinə və nigarançılıqlarına bais olan məsələ, bəzi ərəb başçılarının bu planın icrası üçün Amerika ilə həmkarlığı haqda yayılan xəbərlərdir və bu məsələ onlardan bəzilərinin sionist rejimlə saziş üzrə aşkar tələsmələrində görünür. Fələstin Demokratik Toplantısının üzvü Ömər Əsaf deyib: Mən bu qənaətdəyəm ki, ərəblərin sazişi “əsrin sövdələşməsi”nin bir hissəsidir. Hətta ərəblərin 2002-ci il Beyrut konfransında çıxardıqları qərarlara belə göz yumulacaq. Onlar bu iclasda dedilər ki, sülhlə başlayacaq, sonra əlaqələri adiləşdirməyə çalışacağıq. “Əsrin sövdələşməsi”nin bəndləri barədə yayılmış xəbərlər göstərir ki, onda Fələstin ölkəsinin yaradılmasından bir xəbər yoxdur. Bu bir yana qalsın, didərginlər və qayıdış haqqı kimi əsas məsələlərin çoxu aradan götürülüb və Amerika həmişəki kimi işğalçı rejimin tərəfini saxlayıbdır. Fələstinlilər də qərara alıblar ki, bu fitnə qarşısında müqavimət planlarını fəallaşdırmaqla müqavimət göstərsinlər və əmindirlər ki, “əsrin sövdələşməsi” faydasızdır. Fələstinli siyasi analitik Əli Əlcərəbə deyib: İrandan İraqa, Suriyaya, Livan müqavimətinə, Hizbullaha və Fələstinədək davam edən müqavimət düşərgəsi bu sövdələşməni uğursuzluğa düçar edəcək. Amerika çalışır ki, “əsrin sövdələşməsi”ni, özünü sionist rejimə yaxınlaşdırmaq istəyən bəzi ərəb ölkələrinin vasitəsilə icra etsin.