Livanlı namazqılanlar ərəbistanın cinayətlərini pisləyiblər
-
Livanlı namazqılanlar ərəbistanın cinayətlərini pisləyiblər
Bir qrup livanlı namazqılan və tələbə dünən Beyrutun cənubunda yerləşən Zahiyyə məntəqəsində Ərəbistanın bu ölkədə bir neçəsi şiə olmaqla 37 nəfərin boynunu vurmaq üzrə son cinayətini pisləyibdir.
Əllərində plakatlar tutmuş bu şəxslər "Ali-səud zalımdır!" və "Ey dünya xalqları, şahid olun!" şüarları veriblər. Aksiyaçılar Ərəbistanda boyunları vurulmuş şəxslərin ailələri və qohumları ilə həmrəylik ediblər.
Ərəbistan ötən həftə geniş şəkildə pislənilən cinayətkarcasına bir hərəkətdə terrorizmlə mübarizə bəhanəsilə bu ölkənin 37 vətəndaşının, o cümlədən bir neçə din xadiminin boynunu vurdurdu. Dünən Livanın bəzi şəhərlərindəki cümə namazı xütbələrində ali-salman və ali-səudun bu hərəkəti pislənilərək, həmin cinayətə qarşı beynəlxalq bir addımın atılması tələb olunubdur.