Amerika və sionist rejim regionda digər bir savaş salmaq istəyirlər
Livan Hizbullahının baş katibi deyib: Regiona bir atomsfer hakim kəsilibdir ki, Amerika, həmçinin bəzi ölkələr və medialar onu qızışdırmaq istəyirlər və o, sionist rejim tərəfindən müharibənin başlanması imkanıdır.
Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah dünən vurğulayıb: Fars Körfəzi ətrafında yerləşən bəzi ərəb ölkələri, Amerika və sionist rejim son zamanlar Livana qarşı savaş barədə şayiələr yayıblar ki, onda məqsəd, Livanı təzyiq altında qoymaqdır. Əsas hədəf, Livana təzyiqlərin tətbiqi, xüsusən Şəba əkin sahələri və su sərhədləri sahəsində güzəştə getmək və imtiyazlar verməkdir.
O, əlavə edib: Düşmənlərin hədəfi, öz raket proqramı və qüdrətindən əl çəkməsi üçün müqaviməti təzyiq altında qoymaqdır. Amma müqavimət işğal olunmuş ərazilərdə böyük və təyinedici qüvvət nöqtəsinə malikdir. Müqavimət işğal olunmuş ərazilərdə Əlcəlilə daxil olmaq qüdrətinə malikdir.
Hizbullahın baş katibi çıxışının digər bir hissəsində deyib: Hazırda Hizbullahın Suriya savaşına daxil olmaq üzrə qərarının düzgünlüyü məlum olubdur. Suriyada amerikan-səud fitnəsi formalaşdı və Suriya ərazisinin 45%-nə yiyələnmiş İŞİD bu fitnənin nəticəsi idi. Soruşmaq lazımdır ki, Suriya və İraqda kim İŞİD-ə maliyyə və silah dəstəyi verirdi?
Seyyid Həsən Nəsrullah vurğulayıb: İŞİD səudlaırn düzəltdikləri vəhhabi təfəkkürünə malik idi və digər tərəfdən də onlar tərəfindən maliyyə cəhətdən himayə olunurdu.