Qəzzədən edilən raket hücumlarında bir sionist öldürülüb
May 05, 2019 07:08 Asia/Baku
-
Qəzzədən edilən raket hücumlarında bir sionist öldürülüb
Qəzzədən işğal edilmiş ərazilərə edilən raket hücumlarında bir sionist öldürülüb.
Sionist rejim polisi bildirib ki, Qəzzədən atılan raketlərdən biri Əsqəlan şəhərindəki bir evə düşüb və azı bir sionist ölübdür.
Digər tərəfdən, Fələstin İslami Cihad Hərəkatı bildirib ki, bu qrupun iki üzvü bu gün dan yeri ağarmazdan öncə sionist rejimin Qəzzəyə qarşı hücumlarında şəhid olubdur.
Misirdən və BMT-dən olan vasitəçilər işğal edilmiş ərazilərdə və Qəzzədəki zorakılıqların şiddətlənməsinin qarşısnı almağa çalışırlar.
Sionist rejim cümə günündən bəri Qəzzəyə qarşı geniş aviasiya və artilleriya hücumlarına başlayıbdır. Nəticədə on bir fələstinli, o cümlədən bir uşaq anası ilə yanaşı şəhid olub, onlarla nəfər də yaralanıbdır.