Müqavimətin tələblərinin qəbul olunması ilə atəşkəs bərqərar edilib
-
Müqavimətin tələblərinin qəbul olunması ilə atəşkəs bərqərar edilib
Müqavimətin şərtlərinin qəbul olunması ilə Qəzzədə və işğal ounmuş ərazilərdə toqquşan tərəflər arasında atəşkəs bərqərar edilib.
Qəzzə zolağı ilə sionist rejim arasında atəşkəs anlaşmasının icrasının başlanması ilə yerli vaxtla bu gün səhər saat dörd otuz dəqiqədən Təl-Əviv Müqavimətin şərtlərinə təslim olubdur.
Məlumatlı fələstinli mənbələrin sözlərinə görə, bu atəşkəs eynizamanlı formadadır. Bu o deməkdir ki, sionist rejim həm ona sadiq qalmalı, həm də Qəzzə zolağına qarşı hər cür hücumu dayandırmalıdır və anlaşmanın icrasının başlandığı zamandan bəri bu məsələnin şahidiyik. Bu anlaşma Misir, Qətər, BMT və xüsusi olaraq, BMT-nin Yaxın Şərq sülhü üzrə nümayəndəsinin vasitəçiliyi ilə əldə olunub. Bütün bu tərəflər atəşkəs anlaşmasına çatmaq üçün ötən saatlarda geniş əlaqədə olublar. Fələstinli qruplar atəşkəsi belə bir məsələ ilə şərtləndirmişdilər ki, sionist rejim Qəzzədə atəşkəsdən əlavə, atəşkəsin anlamlarına da sadiq qalsın. Həmin anlamlara əsasən, sionist rejim Qəzzə zolağının mühasirəsini ləğv etməlidir. Bu rejim bu anlaşmanın bəzi bəndlərini icra etdi, amma yeni toqquşmaların başlanması ilə bu istiqamətdəki addımlarını dayandırdı və fələstinli qrupların sözlərinə görə, Qəzzə zolağı sakinlərinin çətin insani vəziyyətinin azalması ilə bağlı olan digər bəndlərin icrasından boyun qaçırdı.