May 24, 2019 17:06 Asia/Baku
  • Yəmənin Ənsarullah hərəkatı Ərəbistanı təhdid etdi

Yəmənin silahlı qüvvələrinin sözçüsü Səudiyyə rejimini "dəhşətli" hücumlar ilə təhdid etdi.

İSNA xəbər agentliyinin bildirdiyinə görə, Ənsarullahın sözçüsü Yəyha Səri Əbu Dəbi hava limanının ötən ilin 27 iyulunda  bomba quraşdırılmış "Səmad 3" pilotsuz uçan aparatı ilə hədəfə alınmasına dair Əl-Məsirə informasiya kanalından yayımlanan görüntülərə işarə edərək, dedi: İstənilən yeni hücumun cavabı olacaq və Yəmən müqaviməti təcavüzkar koalisiyanın yeni məntəqələrini hədəfə almağa qadirdir.

Yəmənin Ənsarullah hərəkatı Səudiyyə rejiminin təcavüzlərinə cavab olaraq, düşmən əleyhinə PUA hücumları həyata keçirir.

Səudiyyə rejiminin Yəmənə qarşı hücumlarında indiyə kimi 16 min yəmənli ölüb, on minlərlə i nsan yaralanıb. Milyonlarla nəfər didərgin düşüb.

Səudiyyə rejiminin Yəmənə qarşı təcavüzləri ABŞ, Britaniya və sionst rejim tərəfindən himayə olunur.

Teqlər