İyun 15, 2019 13:39 Asia/Baku
  • Y. Səri: Əbha hava limanına qarşı hücumda dənizçilik radarları hədəfə alındı
    Y. Səri: Əbha hava limanına qarşı hücumda dənizçilik radarları hədəfə alındı

Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi bildirib ki, bu ölkə ordusunun ərəbistanın Əbha beynəlxalq hava limanına qarşı pilotsuz hücumunda dənizçiliyə nəzarət radarları hədəfə alınıbdır.

Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Səri dünən deyib: Yəmənə qarşı təcavüzün davam edəcəyi zamanadək ərəbistanın hava limanları və hərbi bazalarına qarşı hücumlar daha kəskin xarakter alacaqdır.

O, həmçinin aviasiya şirkətlərindən və mülki şirkətlərdən istəyibdir ki, hava limanlarından və hərbi bazalardan uzaq dursunlar.

Ərəbistanın cənubunda yerləşən Əbha beynəlxalq hava limanının hava nəqliyyatına nəzarət qülləsinin Kruz raketi ilə hədəfə alınmasından 48 saat sonra yəmənli pilotsuzlar bu aeroportu dünən səhər tezdən bir daha bombardman ediblər.

Yəmən ordusunun pilotsuz bölməsinin bildirdiyinə görə, Əbha beynəlxalq hava limanı "Qasif 2K" tipli bir neçə pilotsuzla bomblanıb və bu aeroportun fəaliyyəti dayanıbdır.

Teqlər