Müqavimət hər zamandakından daha güclüdür
-
Müqavimət hər zamandakından daha güclüdür
Livan Hizbullahının baş katibi dünən gecə bu ölkənin Əlminar telekanalı ilə müsahibədə vurğulayıb ki, müqavimət sanksiyalar və cəzalara rəğmən, hər gün daha da güclənib və diqqətəlayiq şəkildə inkişaf edibdir.
Seyyid Həsən Nəsrullah bildirib ki, müqavimət mehvəri bütün sahələrdə, o cümlədən təhsil, hərbi və mənəvi sahələrdə inkişaf edibdir. O, deyib ki, düşmənlər bu gün hər zamandakından daha çox müqavimətdən qorxurlar.
Livan Hizbullahının baş katibi müqavimətin raket bacarığına da toxunub: Müqavimət öz raketləri ilə sionist rejimi daş dövünə qaytara bilər.
Seyyid Həsən Nəsrullah sonra İrana qarşı hər cür hərəkət və ya avantüra haqda Amerikaya xəbərdarlıq edib və belə deyib: Əgər İran İslam Respublikasına qarşı müharibə törədilərsə, bütün bölgə alovlanacaq və Tehran əsla tək qalmayacaqdır.
Livan Hizbullahının baş katibi əlavə edib: İrana qarşı savaşda iştirak edəcək hər bir ölkə və ya rejim onun əvəzini ödəyəcəkdir.