Yəmənə təcavüz edənlərin tamahkarlıqları dalana dirənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i344407-yəmənə_təcavüz_edənlərin_tamahkarlıqları_dalana_dirənib
Yəmən xalqının vətəni müdafiə sahəsindəki müqavimətindən 4 ildən çox bir vaxt keçir. Təcavüzkarların bu müddətdəki nailiyyətləri, başıaşağılıq və geriçəkilmədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2019 15:59 Asia/Baku
  • Yəmənə təcavüz edənlərin tamahkarlıqları dalana dirənib
    Yəmənə təcavüz edənlərin tamahkarlıqları dalana dirənib

Yəmən xalqının vətəni müdafiə sahəsindəki müqavimətindən 4 ildən çox bir vaxt keçir. Təcavüzkarların bu müddətdəki nailiyyətləri, başıaşağılıq və geriçəkilmədir.

Yəmən xalqının vətənin müdaifəsi sahəsindəki müqavimətindən dörd ildən çox bir müddət keçir. Təcavüzkarların bu müddətdəki nailiyyəti başıaşağılıq və geriçəkilmə olubdur. Bu savaşda öz arxa həyətlərini yenidən əldə etmək üçün işləri öz aralarında bölmüş səudlar və BƏƏ-çilər bu dəfə onların bütün hədəflərini uğursuz qoyan ayıq bir xalq ilə üzləşdilər. Səudların bu savaşdakı rolu bombalamaq idi. BƏƏ-çilər də daxili və xarici muzdurları cəzb etmək və onlara təlim vermək sahəsində mühəndislik vəzifəsinə malik idilər. Bu tamahkarlıqların nəticəsi, dalan idi.

Müsahibə(kişi): Təkid edirəm ki, səudiyyənin və əmirliklərin başçıları öz hesablamalarını yenidən nəzərdən keçirmək fürsətinə malikdirlər, amma bilsinlər ki, bu fürsət bitməkdədir və tez bir zamanda Yəmən xalqına qarşı savaşı və mühasirəni dayandırmalıdırlar ki, daha az ziyan çəkmiş olsunlar.

Yəmən ordusu səudiyyə və əmirliklərin ərazilərinin içərilərində hərbi və həyati hədəflərdən 300-nü aşkar edibdir ki, raket və pilotsuz əməliyyatları ilə təcavüzkar düşmənin yuxusunu haram etmiş olsun. Əvəzində düşmən Yəmən xalqını durdurmaq üçün önləyici hədəflərə malik deyil və bombalanmış məntəqələri bir daha bombalayıbdır ki, bu da daha kəsərli deyildir. Hazırda təcavüzkarların hərbi strategiyası uğursuz qalıb və düşmən beynəlxalq səhnədə uşaqöldürən amil kimi tanınıbdır. Onların yeganə nailiyyətləri, qardaş qırğını üçün müsəlmanları ağır maliyyə xərclərinə salmaq olubdur.

Müsahibə(kişi): Amerika kəşfiyyat orqanının Yəməndəki hərəkətləri uğursuz qaldı. Səudiyyə kəşfiyyat xidmətinin Yəmənin qəbilə başçıları, təhlükəsizlik orqanı və ordusuna nüfuzu aradan götürülübdür. Əvəzində, yəmənli gənclər təşəbbüsü ələ alaraq, bütün parametrləri dəyişiblər. Təcavüzkarlar savaşın başlanğıcında koalisiya yaratdılar, amma raket və pilotsuz əməliyyatlarından təqribən beş il keçəndən sonra təngə gəldilər.

Savaşın beşinci ili Yəmənin ordusu və xalq komitələrinin qələbələri ilə yanaşı olubdur ki, bu da yəmənlilərin önləyicilik qüdrətlərini göstərir. Amma hazırda düşmən çarə axtarmaq ardıncadır və ümumi fikri əsaslandırmaq üçün Liviyaya müdaxilə edərək, müharibə törədir. Əbu-Dəbi bu nəticəyə gəlibdir ki, zərərli Yəmən savaşının davam etməsi yalnız nəticəsiz bir avantüradır.