Həmas: Bizim mübarizəmiz yəhudilərlə deyil, sionist rejimlədir
-
Həmas: Bizim mübarizəmiz yəhudilərlə deyil, sionist rejimlədir
Fələstin İslami Hərəkatı- Həmas bir bəyanatda bildirib ki, bu hərəkat yəhudilik və yəhudilərlə deyil, işğalçı sionist rejimlə döyüşür.
Həmas hərəkatı bu bəyanatda həmçinin qayıdış yürüşünü Qəzzənin mühasirəsinin sındırılması və didərginlərin qayıdış haqqının təsbit olunması hədəfli bir xalq fəaliyyəti adlandırıb və belə əlavə edib: Bu dinc milli toplantı o deməkdir ki, Fələstin xalqı işğalçı rejimin təcavüzləri və cinayətləri qarşısında susmayacaqdır.
Həmas fələstinlilərdən istəyibdir ki, ali milli heyətin mühasirənin sındırılması və qayıdış yürüşünün keçirilməsi üzrə qərar və siyasətlərinə sadiq qalsınlar.
2018-ci il martın 30-dan bu günədək bu yürüşdə 310-dan çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub, azı 31 min fələstinli də yaralanıbdır.