İraqın baş naziri faktaraşdırıcı komitənin yaradılmasını istəyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i344626-İraqın_baş_naziri_faktaraşdırıcı_komitənin_yaradılmasını_istəyib
İraqın baş naziri cümə günü gecə Səlahəddin vilayətində "Həşduşşəbi" bazasına qarşı hava hücumunun araşdırılması üçün faktaraşdırıcı komitənin yaradılması barədə göstəriş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2019 05:18 Asia/Baku
  • İraqın baş naziri faktaraşdırıcı komitənin yaradılmasını istəyib
    İraqın baş naziri faktaraşdırıcı komitənin yaradılmasını istəyib

İraqın baş naziri cümə günü gecə Səlahəddin vilayətində "Həşduşşəbi" bazasına qarşı hava hücumunun araşdırılması üçün faktaraşdırıcı komitənin yaradılması barədə göstəriş verib.

Bu hücumdan sonra İraqın baş naziri Adil Əbdulməhdi ordunun baş qərargahı, xüsusi əməliyyat qərargahı, hava qoşunları, hava hücumundan müdafiə qüvvələri və xalq səfərbər qüvvələri təşkilatından təşkil olunmuş xüsusi araşdırma komitəsinin yaradılması barədə göstəriş verib.

Bir ədəd naməlum pilotsuz dünən səhərçağı İraqın xalq səfərbər qüvvələri təşkilatı- "Həşduşşəbi"nin Səlahəddin vilayətinin şərqində yerləşən Amirli məntəqəsindəki bazasını hədəfə alıb.

İraqın təhlükəsizlik qərargahı bildirib ki, bu bazanın bombalanması gedişində bir nəfər ölüb, iki nəfər də yaralanıbdır.

Bəzi iraqlı mənbələr bildiriblər ki, bu pilotsuz sionist pilotsuzu olub və bəziləri də onu amerikan pilotsuz hesab ediblər.

Bu hücum barədə artıq detallar verilməyibdir.