Qüdsdə yüz fələstinli evinin dağıdılması barədə hökm çıxarılıb
İyul 21, 2019 11:58 Asia/Baku
-
Qüdsdə yüz fələstinli evinin dağıdılması barədə hökm çıxarılıb
Sionist rejim məhkəməsi fələstinlilərə qarşı öz yeni işğalçılıq hərəkətində işğal olunmuş Qüdsdə yüz mənzilin dağıdılması haqda hökm çıxarıb.
Sionist rejim məhkəməsi Qüdsün cənubunda yerləşən "Sur Bahər" kəndində yaşayan fələstinlilərdən istəyibdir ki, öz əlləri ilə öz evlərini uçursunlar, zira əks halda, sionist rejim buldozerlərinin xərcini də ödəməlidirlər.
"Sur Bahər" kəndindəki bufer divarın bir hissəsini tikanlı məftillə hasarlamış sionist rejim ondan casusluq üçün istifadə edir.
Bir qrup fələstinli sionist rejimin işğal olunmuş Qüdsün "Sur Bahər" kəndində yüz fələstinli mənzilinin dağıdılması barədəki qərarına etiraz olaraq, ötən cümə günü bu məntəqədə aksiya keçiribdir.