Yəmənli pilotsuzlar ərəbistanın "məlik xalid" bazasını bombalayıblar
-
Yəmənli pilotsuzlar ərəbistanın "məlik xalid" bazasını bombalayıblar
Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi bu gün səhərçağı ərəbistanın Əisr əyalətində yerləşən "məlik xalid" hava bazasını hədəfə alıbdır.
Yəmən silahlı qüvvələrinin sözçüsü bildiribdir ki, bu ölkə ordusunun "Qasif 2K" pilotsuzları "məlik xalid" hava bazasının təchizatları, cəbbəxanaları və angarını bombalayıblar.
Yəhya Əlsəri qeyd edibdir ki, bu əməliyyat səud koalisiyasının hücumları və cinayətlərinin davam etməsinə cavab olaraq həyata keçirilibdir.
Bu, yəmənlilərin ötən sutka ərzində ərəbistanın "məlik xalid" hava bazasına qarşı ikinci hücumudur.
Ərəbistanın Cizan və Əbha hava limanları, həmçinin "məlik xalid" hava bazası son həftələrdə dəfələrlə Yəmənin ordusu və xalq komitələrinin raket və PUA bölmələri tərəfindən hədəfə alınır.
Bu iki hava limanı və "məlik xalid" hava bazası səud koalisiyaının Yəmənə qarşı hücumlarında istifadə olunan qırıcıların yanacaqdoldurma və tədarük məkanıdırlar.