Ərəb və islami ölkələr səud rejiminin həcc xərclərini artırmasından narazıdırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345146-Ərəb_və_islami_ölkələr_səud_rejiminin_həcc_xərclərini_artırmasından_narazıdırlar
Səud rejimi Yəmənə təcavüzünün iri xərclərini təmin etmək üçün həcc mərasimlərindən alınan xərclərin artırılması daxil olmaqla müxtəlif üsullara əl atıbdır ki, bu məsələ bir çox ərəb və islami ölkənin, o cümldən Mərakeş, Tunis və Əlcəzairin kəskin tənqidlərinə səbəb olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2019 06:14 Asia/Baku
  • Ərəb və islami ölkələr səud rejiminin həcc xərclərini artırmasından narazıdırlar
    Ərəb və islami ölkələr səud rejiminin həcc xərclərini artırmasından narazıdırlar

Səud rejimi Yəmənə təcavüzünün iri xərclərini təmin etmək üçün həcc mərasimlərindən alınan xərclərin artırılması daxil olmaqla müxtəlif üsullara əl atıbdır ki, bu məsələ bir çox ərəb və islami ölkənin, o cümldən Mərakeş, Tunis və Əlcəzairin kəskin tənqidlərinə səbəb olubdur.

Səud vəliəhdi Muhəmməd bin Salman ərəbstanın Yəmənə qarşı təcavüzü və savaşından irəli gələn pis maliyyə vəziyyətinə görə, bütün gəlir gətirən mənbələrdən vergilərin tutulmasını artırıbdır. Bin Salman bu dəfə həcc işinə üz tutub və yüz minlərlə müsəlmanın həcc dini mərasimini yerinə yetirməsindən istifadə edərək, otellərdə qalma, eləcə də nəqliyyat xərclərinin armtası bəhanəsilə bir çox ərəb ölkələri üçün həccin xərclərini artırıbdır ki, əlbəttə, bu, hər ölkə üçün fərqlidir.

Zəvvarların həcc mərasimini həyata keçirmək üzrə səfərlərinin başlanması ilə, bəzi ərəb və islami ölkələrin səud hökuməti tərəfindən builki həcc xərclərinin ötən il ilə müqayisədə artırılmasına qarşı səsləri ucalıbdır. Mərakeş parlamentinin üzvlərindən onlarla nəfər bu il onların ölkəsi üçün həcc qiymətinin artırılmasına etiraz edib.

Əksər ərəb və islami ölkələr vəhhabi səud rejimini həcc tədbirlərini mürəkkəbləşdirmək, rüsumları artırmaq, bir qrup ölkənin zəvvarlarına təcavüz etmək, Zəmzəm suyunu satmaq və həcc mərasimini siyasiləşdirməkdə ittiham edirlər, zira ərəb və islami amalların düşməni olan bu rejim Nəcd və Hicazdakı islami müqəddəslərdən öz düşmənləri ilə siyasi hesabçürütmələr üçün istifadə edir.