Sionist rejim 1973-ci ildən bəri heç bir savaşda qalib gəlməyib
-
Sionist rejim 1973-ci ildən bəri heç bir savaşda qalib gəlməyib
Sionist mənbələrin araşdırmalarına əsasən, sionist rejim 1973-ci ildən bəri heç bir savaşda qalib gəlməyib və gələcək savaşlarda da öz hədəflərini ciddi şəkildə yenidən nəzərdən keçirməyə ehtiyaclıdır.
Təl-Əviv universiteti bir araşdırmada sionistlərin 1973-cü ildən sonrakı savaşlarda nakam qalmalarına işarə edərək, etiraf edibdir ki, sionist rejim indi gələcək savaşlarda öz hədəflərini ciddi şəkildə yenidən nəzərdən keçirməyə və öz müdafiə və hücum sistemlərini dəyişdirməyə ehtiyaclıdır.
Bu tədqiqatda deyilir ki, sionist rejim 1973-cü ildən sonra iştirak etdiyi bütün savaşlarda özünə qalib bir sima axtarmaq ardınca idi, amma meydan döyüşlərindəki həqiqətlər başqa bir şey idi.
Bu tədqiqat həmçinin vurğulayır ki, sionist rejimin ərəb ərazilərinin bir hissəsini işğal etdiyi 1967-ci il savaşı kimi konkret bir qələbə daha mümkün deyil və tədqiqatçılar bu qənaətdədirlər ki, bu məsələ bölgədə qüdrət müvazinətinin pozulmasına görədir.
Bu məlumatın digər bi hissəsində deyilir: Sionist rejim strategiya dərinliyinə maik olmadığına görə, gələcək savaşlarda çoxlu sayda təhdidlər və çoxlu miqdarda oyunçu ilə hər tərəfdən raket hücumları dalğasına məruz qalacaqdır.