Yəmənli qüvvələr səud rejiminin yeni cinayətinə cavab veriblər
-
Yəmənli qüvvələr səud rejiminin yeni cinayətinə cavab veriblər
Yəmənli qüvvələr təcavüzkarların dünən Səədə əyalətində yerləşən bir bazara qarşı hava hücumunda Yəmən vətəndaşlarının qırğın edilmələrinə cavab olaraq, ərəbistanın "məlik xalid" hava bazasını PUA hücumları hədəfinə çeviriblər.
Yəmən silahlı qüvvələrinin sözüçüsü Yəhya Səri deyib: Ərəbistanın "məlik xalid" hava bazasına qarşı PUA hücumu təcavüzkarlar koalisiyasının Səədə əyalətində yerləşən Qətabir bazarına qarşı təcavüzlərinə və bu ölkəni zalımcasına müsadirə etməsinə bir cavab idi.
Belə bir halda, Yəmən xalq konqresi partiyası bildirib: Səud təcavüzkarlarının Səədə əyaləti bazarında törətdikləri qırğın geniş miqyaslı hərbi cinayətdir.
Bu yəmənli partiya əlavə edib: Beynəlxalq ictimaiyyətin təcavüzkarların Yəmənə qarşı cinayətləri qarşısında susması təcavüzkarları daha artıq cinayətlər törətməyə təşviq edibdir.
Yəmənli medialar dünən gecə səud koalisiyası qırıcılarının Səədə əyalətində yerləşən Qətabir bazarına qarşı hücumundan xəbər veriblər. Bu hücumda azı 14 nəfər ölüb, 23 nəfər də yaralanıbdır.