Sionist mənbələr sionistlər arasındakı irqi ayrı-seçkiliyi etiraf ediblər
-
Sionist mənbələr sionistlər arasındakı irqi ayrı-seçkiliyi etiraf ediblər
Sionist rejimin mərkəzi statistika idarəsi etiraf edib ki, sionistlərin təqribən üçdə biri özünü irqi ayrı-seçkiliyə məruz hesab edir.
Sionist rejimin mərkəzi statistika idarəsi etiraf edib: Efiopiyalı miqrantların 53 faizi, həridi yəhudilərinin 40 faizi, 1948-ci ildə işğal olunmuş ərazilərin sakinləri olan ərəblərin 37 faizi, azmaaşlı şəxslərin 36 faizi və subayların 34 faizi işğal olunmuş Fələstində irqi ayrı-seçkiliyə məruz qalır.
Bu məlumata əsasən, 20 yaşından yuxarı şəxslərin on bir faizi hesab edir ki, əslliyinə və ya irqinə görə, ayrı-seçkiliyə məruz qalır.
Bundan əlavə, işğal olunmuş Fələstindəki efiopiyalıların 48 faizi hesab edir ki, əslliyinə görə, irqi ayrı-seçkiliyə məruz qalır. Həmçinin onların digər on faizi də hesab edir ki, dini və imanına görə, ayrı-seçkiliyə məruz edilir.
İşğal olunmuş Fələstindəki efiopiyalıların 19 faizi müsəlman, 8 faizi isə yəhudidir.