ABŞ ordusunun hava hücumunda 20 əfqan mülki öldürülüb
İyul 30, 2019 16:59 Asia/Baku
-
ABŞ ordusunun hava hücumunda 20 əfqan mülki öldürülüb
Amerika ordusunun Əfqanıstanın Pərvan vilayətinə qarşı hava hücumunda qadın və uşaqlar daxil olmaqla iyirmidən çox əfqan mülki öldürülüb.
Əfqanıstanın Pərvan vilayətindəki yerli mənbələr bu gün bildiriblər ki, bu iyirmi əfqan sivil ABŞ ordusu qırıcılarının bu vilayətin "Qəmçaq" və "Şətək" məntəqələrinə qarşı bombardmanlarında öldürülübdür.
Bu hava hücumunun ardınca Amerka ordusunun hərbçiləri də "Qəmçaq" və "Şətək" məntəqələrinə hücum edərək, bu məntəqə sakinlərindən azı otuz nəfəri özləri ilə aparıblar.
Pərvan vilayətinin "Siyah gerd" rayonunun sakinləri də bu hücuma etiraz olaraq, amerikalı hərbçilərə qarşı aksiya keçiriblər.
Aksiyaçılar ABŞ hərbçilərinin Əfqanıstandan çıxmalarını vurğulayıblar.