Şeyx Nəim Qasim: Müqavimət yolu davam edir
İyul 31, 2019 04:12 Asia/Baku
-
Şeyx Nəim Qasim: Müqavimət yolu davam edir
Livan Hizbullahının baş katib müavini dünən vurğulayıb ki, Livan bu gün müqavimət yolunun davam etməsi və onun gücləndirilməsinə ehtiyaclıdır.
Şeyx Nəim Qasim bildirib ki, Livan müqavimətin daha da güclü olmasına və onun davam etməsinə ehtiyaclıdır. O, əlavə edib: Güclü müqavimət Amerikanın fitnələri və sionist rejim təhlükəsi qarşısında Livanı qoruyacaq.
Livan Hizbullahının baş katib müavini qeyd edib: Müqavimət hər nə qədər güclü olarsa, müharibə Livandan uzaqlaşacaqdır.
Şeyx Nəim Qasim bildirib ki, düşmən yalnız güc dilini anlayır. O, deyib: Müqavimətin gücünə və onun meydanda iştirakına görə, on üç ildir ki, düşmən qarşısında önləyicilik yaradılıbdır.