Avq 01, 2019 19:38 Asia/Baku
  • İŞİD terrorçularının Səlahəddin və Süleymaniyyə hücumlarında qırx nəfər ölüb və yaralanıb
    İŞİD terrorçularının Səlahəddin və Süleymaniyyə hücumlarında qırx nəfər ölüb və yaralanıb

İraqın təhlükəsizlik mənbələri İŞİD terrorçularının bu ölkənin Səlahəddin və Süleymaniyyə vilayətlərinə qarşı iki hücumunda on nəfərin ölməsi və otuz nəfərin yaralanmasından xəbər veriblər.

İŞİD terror qrupu bu gün bildirib ki, Səlahəddində iraqlı qüvvələrə və Süleymaniyyədə İraqın Kürdüstan məntəqəsinin "Asayiş" adlı kürd qüvvələrinə qarşı hücumlar həyata keçirib.

İraq ordusu və bu ölkənin müqavimət qüvvələri 2017-ci ildə İŞİD ünsürlərini bu ölkədən çıxarmağa müvəffəq oldular, amma bununla belə, terrorçuların gizli özəkləri İraqın bəzi məntəqələrində iştirak edir və vaxtaşırı terror əməliyyatları həyata keçirirlər.

BMT-nin insan haqları üzrə baş komissarı Mişel Baçelet ötən ay insan haqları şurasının Cenevrədə keçirilən iclasında dedi ki, İraq və Suriyada 55 min İŞİD ünsürü yerləşibdir.

Teqlər