Sionist rejimin dəniz manevri başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345685-sionist_rejimin_dəniz_manevri_başlanıb
Sionist rejim ordusu bu gün səhər tezdən Hayfada və işğal olunmuş Fələstinin şimal məntəqələrində su-quru manevrinin başlanmasından xəbər verib. Bu manevr cümə axşamı gününədək davam edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2019 04:30 Asia/Baku
  • Sionist rejimin dəniz manevri başlanıb
    Sionist rejimin dəniz manevri başlanıb

Sionist rejim ordusu bu gün səhər tezdən Hayfada və işğal olunmuş Fələstinin şimal məntəqələrində su-quru manevrinin başlanmasından xəbər verib. Bu manevr cümə axşamı gününədək davam edəcək.

Sionist rejim ordusunun baş qərargah rəisi Aviv Koxavi deyib ki, manevrdə bu rejim ordusundan əlavə, on ölkədən donanmalar iştirak edirlər. Bu manevr zamanı müxtəlif əməliyyatlar, o cümlədən vertolyotların sürətli uçuşu məşq ediləcəkdir.

Sionist rejim ordusu ötən həftə də Qəzzə zolağının yaxınlığında yerləşən məntəqələrdə hərbi manevr keçirmişdi.

Sionist rejimin baş naziri Benyamin Netanyahu son zamanlar bildirmişdi ki, bu rejim lazım olan təqdirdə Qəzzə zolağına qarşı geniş hücuma hazırlaşır.

Təqribən ötən on ildə sionist rejim Qəzzəyə qarşı bir neçə savaş, o cümlədən 22, 8 və 50 günlük savaşlar qəbul etdiribdir, amma onların hamısından başıaşağı, nakam və məğlubolmuş halda çıxıbdır.