Yəmənlilər bir daha Əsir-i raket yağışına bürüyüblər
-
Yəmənlilər bir daha Əsir-i raket yağışına bürüyüblər
Yəmənin ordusu və xalq komitələri dünən gecə bir daha səud koalisyasının ərəbistanın cənubunda yerləşən Əsir əyalətindəki mövqelərinə raket yağdırıblar.
Yəmənin ordusu və xalq komitələri bildiriblər ki, "Zəlzal-1" tipli üç ədəd ballistik raketlə səud muzdurlarının Əsir əyalətindəki "Əbvab Əlhudəyd" məntəqəsində yerləşən mövqelərini hədəfə alıblar.
Yəmənli mənbələr qeyd ediblər ki, səudlara və onların muzdurlarına ağır tələfat və xəsarətlər dəyibdir.
Yəmənin ordusu və xalq komitələri cümə axşamı günü gecə də dörd ədəd "Zəlzal-1" tipli raketlə təcavüzkar səud koalisyası muzdurlarının ərəbistanın Əsir əyalətindəki "Əbvab Əlhudəyd" məntəqəsində yerləşən mövqelərini hədəfə almışdılar.
Yəmənin ordusu və xalq komitələri təqribən gündəlik şəkildə ərəbistan ərazisinin içərilərini hədəfə alırlar. Bu hərəkət səud koalisiyasının Yəmənə qarşı təcavüzünə və bu ölkə sivillərini hədəfə almasına reaksiyada edilir.