Səudlar hava savaşında təşəbbüsü itiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345769-səudlar_hava_savaşında_təşəbbüsü_itiriblər
Yəmənin hava hücumundan müdafiə qüvvələri Cizan şəhərinin Cəhfan məntəqəsində təcavüzkarların bir casusluq pilotsuzunu vurmaqla Yəmən səmasını səudlar üçün təhlükəli ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2019 06:32 Asia/Baku
  • Səudlar hava savaşında təşəbbüsü itiriblər
    Səudlar hava savaşında təşəbbüsü itiriblər

Yəmənin hava hücumundan müdafiə qüvvələri Cizan şəhərinin Cəhfan məntəqəsində təcavüzkarların bir casusluq pilotsuzunu vurmaqla Yəmən səmasını səudlar üçün təhlükəli ediblər.

Səudlar Yəmənə qarşı savaşda səmada da təşəbbüsü itiriblər. Döyüş meydanında da bir neçə səud hərbçisi Əlxəşəl məntəqəsində avtomobillərinin məhv edilməsilə öldürülübdür. Səud muzdurlarının Cizanın Əldud bazasının şərqindəki əməliyyatı da uğursuz qalıbdır. Səud təcavüzkarlarının Ələb keçidindəki hücumu ağır məğlubiyyət və muzdurlarının əsir alınmaları il yanaşı olubdur. Bu muzdurların etirafları göstərir ki, səudlar talelərinə məhəl qoymadan onları necə ölüm ayağına göndərirlər.

Ədəndə təcavüzkarların dəstək verdikləri "təhlükəsizlik qurşağı" adlı qüvvələr Ədən əyalətinin şimal sakinlərinə qarşı meydana girərək, əhalinin evləri, dükan və mağazalarını yandırırlar. Bu muzdurlar Ədən əhalisinin ailələrini təhdid və silah gücünə köçürürlər. Bu addımlar muzdur qüvvələrin başçısı Munir Əlyafeinin üç gün bundan öncə onların hərbi paradına qarşı hücumda öldürülməsinin intiqamı olaraq atılır. Yəmənin şərqində də vəziyyət səud təcavüzkarların zərərinədir.

Səudların hərbi iştirakı Yəmən xalqının kəskin müxalifəti ilə üzləşib və hazırda təcavüzkarlarla silahlı qarşıdurma üzrə xalq tələbləri artıbdır.