Mühasirənin davam etməsinə görə, 32 min yəmənli xəstə dünyasını dəyişib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345866-mühasirənin_davam_etməsinə_görə_32_min_yəmənli_xəstə_dünyasını_dəyişib
İnsan haqları üzrə iki orqan bildirib ki, səud koalisiyası Yəməni mühasirə edərək, indiyədək 32 min yəmənli xəstənin dünyasını dəyişməsinə bais olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2019 03:22 Asia/Baku
  • Mühasirənin davam etməsinə görə, 32 min yəmənli xəstə dünyasını dəyişib
    Mühasirənin davam etməsinə görə, 32 min yəmənli xəstə dünyasını dəyişib

İnsan haqları üzrə iki orqan bildirib ki, səud koalisiyası Yəməni mühasirə edərək, indiyədək 32 min yəmənli xəstənin dünyasını dəyişməsinə bais olubdur.

Norveç miqrantlar şurası və "Əməkdaşlıqların qorunması və asanlaşdırılması" adlı qeyri-kommersiya təşkilatı birgə bəyanatda qeyd ediblər ki, səud koalisiyasının Yəmənə qarşı hücumunun başlanmasından bəri 32 min yəmənli xəstə müalicə üçün bu ölkədən xaricə gedə bilmədiyinə görə, öz həyatını itiribdir.

Bu iki insan haqları orqanı həmçinin bildiribdir ki, Səna hava limanının fəaliyyətinin dayanması on minlərlə yəmənli xəstəni ölüm təhlükəsi qarşısında qoyubdur.

Yəmənin hava məkanı səud rejiminin bu ölkəyə qarşı təcavüzündən bəri bağlanıbdır.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lokok son zamanlar bildiribdir ki, Yəmən tarixin ən pis faciəsi ilə üzləşir.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı.

Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Səudiyyə ərəbistanının hərbi təcavüzü də kasıb Yəmən xalqını ağır qida və dərman qıtlığı ilə üzləşdiribdir.