Sionist rejim məhbəslərindəki 40 fələstinli əsir aclıq keçirir
"Nəqəb" çöl təcridxanasında sionistlərin əsirliyində olan 40 fələstinli, bir aydır tətil keçirən digər məhbuslara dəstək olaraq aclıq aksiyası keçirir.
Bu əsirlərin aclıq aksiyasının başlanması elə bir şəraitdədir ki, sionist hərbçilər həbsxanada əsirləri təşkilatlandıran şəxsləri köçürmək məqsədilə Nəqəb çölündəki Ufər təcridxanasına basqın ediblər.
Fələstində əsirlərin məsələləri mərkəzinin direktoru Qədurə Fares, Ufər məhbəsində fələstinli əsirlərə qarşı hücumların artmasını təhlükəli adlandıraraq, həbsxanadakı aclıq aksiyasının bir aydan çox əvvəl başlandığını və işğalçı rejim başçılarının rəftarına görə, tətilçilərin sayının artmasına bais olduğunu bildirib. Onun sözlərinə görə, işğalçıların fələstinli əsirlərin əzmkarlıqları və iradələrini sarsıtmaq üzrə cəhdləri əbəsdir.