Amerikanın atom hücumunun şahidləri danışırlar
-
Amerikanın atom hücumunun şahidləri danışırlar
Yaponiya xalqından minlərlə nəfər 74 ildən sonra Xirosimanın "Sülh" parkında bir yerə toplaşaraq, Amerikanın atom bombası ilə Xirosimaya qarşı hücumun qurbanlarının xatirəsini anıb. Onlar Xirosima bombardmanının ildönümü günündə keçirilən bu mərasimdə atom silahlarının məhv edilməsini istəyiblər.
74 il bundan öncə səhər saat 8-15 dəqiqədə atom bombası Xirosima əhalisinin başına atıldı. Və bu gün burada, "Sülh" parkında 74 ildən sonra minlərlə nəfər bir dəqiqə sükutla ogündəki qurbanların xatirəsini andı.
Xirosima şəhərinin Amerika hökuməti tərəfindən 1945-ci ilin 6 avqustunda bombalanması nəticəsində təqribən 140 min nəfər həyatını itirdi və üç gün sonra digər bir atom bombasının Naqasakiyə düşməsi o şəhərin əhalisindən 70 min nəfərin həyatını əlindən aldı.
Xirosimanın bombalanmasının ildönümündə Abenin çıxışının başlanması ilə bir zamanda Xirosima və Naqasakinin sakinlərindən bir qrupu tam təhlükəsizlik şəraitində ona qarşı aksiya keçirdi.
Kişi: Biz bu gün sülh mesajını dünyaya çatdırmaq məqsədilə buraya toplaşmışıq.
Kişi: Tramp və Amerika hökuməti həmişə dünyada savaş və çaxnaşma ardıncadırlar. Biz Tramp və onu müşayiət edən Şinzo Abe ilə müxalifik.
Aksiyaçılar "Nüvə siahına və savaşa-yox!" kimi şüarlar verilərək, Yaponiya və Amerika hökumətləri ilə öz müxalifətlərini elan ediblər.
Kişi: Bir yaponiyalı kimi belə bir haqqa malikik ki, hökumətin səhvləri qarşısında dayanaq və ona asanlıqla hər bir addımı atmaq icazəsi verməyək. Bəlkə də belə görünmüş olsun ki, Yaponiya tərəfsiz bir ölkədir, amma Yaponiyanın hazırkı hökuməti Amerika ilə çox yaxşı münasibətə malikdir və bu, göstərir ki, Yaponiya bitərəf deyildir.
Yaponiya xalqının nüvə silahı və savaşla kəskin müxalif olmasına və Xirosima və Naqasaki hadisələrinin təkrarlanmasından qorxmasına rəğmən, Yaponiya hökuməti ötən il bildirdi ki, azı altı min atom bombası düzəltməyə qadirdir. Və indi belə bir nigarançılıq mövcuddur ki, bu ölkəni terror hücumlarına və təbii fəlakətlərə daha da kövrək etmiş olsun.