Əbha hava limanı hədəfə alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i346042-Əbha_hava_limanı_hədəfə_alınıb
Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkənin ordusu və xalq komitələri qüvvələrinin Ərəbistanın Əbha beynəlxalq hava limanına qarşı pilotsuz hücumundan xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2019 04:48 Asia/Baku
  • Əbha hava limanı hədəfə alınıb

Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkənin ordusu və xalq komitələri qüvvələrinin Ərəbistanın Əbha beynəlxalq hava limanına qarşı pilotsuz hücumundan xəbər verib.

Briqada generalı Yəhya Səri bildirib ki, bu əməliyyat cümə axşamı günü gecə yerli "Qasif-2" pilotsuzları vasitəsilə həyata keçirilib. Bu zaman iki mərhələdə Əbha hava limanının həssas məntəqələri və gözətçi qülləsi hədəfə alınıbdır.

Briqada generalı Yəhya Səri bu əməliyyatın təcavüzkarların cinayətlərinə və Yəmən xalqını mühasirə etmələrinə cavab olaraq həyata keçirildiyini bildirib. O, qeyd edib ki, bu əməiyyat Əbha hava limanında uçuşların dayanmasına səbəb olubdur.

Yəmənli pilostsuzların ərəbistan hava limanlarına və hərbi mərkəzlərinə qarşı dəqiq hücumları ali-səud rejimi üçün kabusa çevrilib və bu rejim indiyədək həmin hücumlara mane ola bilməyibdir.

Ərəbistanın cənubunda yerləşən Cizan və Əbha hava limanları təcavüzkar səud koalisiyasının Yəmənə qarşı hücumlarında istifadə olunan qırcıların yanacaqdoldurma və himayə məkanıdır.