Suriya ordusu strateji Kəbani şəhərinədək irəliləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i346486-suriya_ordusu_strateji_kəbani_şəhərinədək_irəliləyib
Suriyanın ordu qüvvələri Laziqiyyə ətrafında və İdlibin qərbində irəliləyərək, strateji Kəbani şəhərinə çatıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2019 05:36 Asia/Baku
  • Suriya ordusu strateji Kəbani şəhərinədək irəliləyib

Suriyanın ordu qüvvələri Laziqiyyə ətrafında və İdlibin qərbində irəliləyərək, strateji Kəbani şəhərinə çatıblar.

Bir suriyalı hərbi mənbə deyib ki, Suriya ordusu Kəbani şəhərinin yaxınlığındakı dağlara yiyələniblər. Onlar bu ölkənin qərbindəki Laziqiyyə ətrafında həmin məntəqədəki terrorçulara qarşı yeni cəbhə açıblar.

Suriyalı mənbələrin sözlərinə görə, bu ölkə ordusunun Kəbani şəhərinə və həmin məntəqənin yüksəkliklərinə yiyələnəcəyi təqdirdə, Dama, əl-Sərmaniyyə, əl-Naciyyə və Cisr əl-Şuğur şəhərləri Suriya ordusunun nəzarəti altına keçəcəklər.

Suriyanın ordu qüvvələri dünən də İdlib vilayətnin cənubundakı əl-Hubəyt qəsəbəsinin şərqində yerləşən "Təl-As təpələri" və "Kəfrəyn" qəsəbələrini azad edə biliblər.

Suriyanın şimalında yerləşən İdlib və qərbində yerləşən Həmah vilayətləri terrorçuların bu ölkədəki sonuncu bazalarıdırlar. Suriya ordusu indiyədək bu vilayətlərin əksər məntəqələrini terrorçuların işğalından azad edibdir.