33 günlük müharibənin məqsədi, müqavimətin məhv edilməsi idi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i346564-33_günlük_müharibənin_məqsədi_müqavimətin_məhv_edilməsi_idi
Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah deyib: Təhlükəsizlik və sabitliyi nə amerikalılar, nə də digər ölkələr deyil, livanlıların özləri müjdə gətiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2019 16:01 Asia/Baku
  • 33 günlük müharibənin məqsədi, müqavimətin məhv edilməsi idi
    33 günlük müharibənin məqsədi, müqavimətin məhv edilməsi idi

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah deyib: Təhlükəsizlik və sabitliyi nə amerikalılar, nə də digər ölkələr deyil, livanlıların özləri müjdə gətiriblər.

Livan Hizbullahının baş katibi "Qələbə və şərəf" mərasimində video-konfrans formasında çıxış edərək, əlavə edib: 2006-cı ildəki 33 günlük savaş sırf olaraq sionist rejimlə savaş deyildi. Məhz Amerika sionist rejimi bir müharibəyə sövq etdirdi. Müharibə planı İranın region olaylarından kənara qoyulması, Amerikanın İraqdakı işğalçılığının təsbit olunması, Suriya hökumətinin devrilməsi, Livan, Fələstin və İraqda müqavimətin məhv edilməsi üçün bir başlanğıc idi.

Nəsrullah belə qeyd edib: 33 günlük müharibənin dayanmasının yeganə dəlili bu idi ki, Amerika və sionist rejim bu savaşdakı məğlubiyyətlərini başa düşdülər. Sionist rejim başa düşmüşdü ki, əgər 33 günlük müharibəni davam etdirərsə, böyük bir faciə ilə üzləşmiş olar.