Suriya ordusu Xan Şəyxunda yerləşib
Suriyanın ordu qüvvələri İdlibin ətrafında irəliləməyi davam etdirərək, Xan Şəyxun şəhərinin bəzi şimal məntəqələrində yerləşməyə müvəffəq olublar.
Suriyanın ordu qüvvələri Xan Şəyxun şəhərinin ətrafında terror ünsürləri ilə mübarizədən və onlardan bir qrupunu öldürdükdən sonra bu şəhərin şimal məntəqələrinə yiyələniblər.
Ondan öncə də Suriya ordusu İdlibin cənubunda bir əməliyyat keçirərək, qırxa yaxın terrorçunu öldürmüş və Xan Şəyxun şəhərinə və bəzi digər məntəqələrə çıxan əsas logistik yolları kəsə bilmişdilər.
Suriya ordusu Cibhətunnusrə terrorçularının İdlibdəki vəziyyətinin böhranlı olmasından və Türkiyə ordusunun onlara kömək göstərməyə çalışmasından sonra geniş bir əməliyyata başladı ki, Həmah və İdlib vilayətlərinin ətrafını terrorçuların nəzarətindən çıxara bilsin.
Xan Şəyxun İdlibin şimal, qərb və şərq mehvərlərinin əlaqə halqasıdır və onun azad edilməsi Suriyanın iqtisadi mərkəzi olan Hələb yolunun yenidən açılmasının ilk addımı sayılır.