Yəmənin Ərəbistanda uğurlu pilotsuz əməliyyatı
Avq 22, 2019 04:40 Asia/Baku
Yəmənin ordusu və xalq komitələrinin pilotsuz bölməsi bu gün səhər tezdən iki əməliyyatda “Məlik Xalid” hava bazasını hədəfə alıb.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsəri deyib: Yəmənin ordusu və xalq komitələrinin pilotsuz bölməsi “Qasif 2K” pilotsuzundan istifadə edərək, iki əməliyyat keçirib və bu zaman ərəbistanın cənubundakı Əsir əyalətində yerləşən “Xəmiş Məşit” şəhərindəki “Məlik Xalid” hava bazasını hədəfə alıb.
Əlsərinin sözlərinə görə, birinci əməliyyat bu bazanın hərbi rabitə sisteminə qarşı keçirilib.
Yəhya Əlsri əlavə edib: İkinci əməliyyat qırıcılara yanacaqçatdırma stansiyasını və yanacaq anbarlarını hədəfə alıb.
Hər iki əməliyyat dəqiq və uğurlu şəkildə həyata keçirilibdir.