Suriya ordusu “Kafr Zita”ya yiyələnib
Avq 23, 2019 09:46 Asia/Baku
Suriyadakı hərbi mənbələr bu ölkə ordusunun Həmah-ın şimalında yerləşən “Kafr Zita” qəsəbəsinə yiyələnməsindən xəbər veriblər.
Suriya insan haqları gözətçisi təşkilatı da bildiribdir ki, bu ölkə ordusu “Murak” məntəqəsində, Türkiyənin gözətçi nöqtəsinin şərqindəki təpələrə və “Kafr Zita” qəsəbəsinə yiyələnibdir.
Bu məlumata görə, “Cəyşulizzə” adlı qrupun əsas qərargahı olan “Kafr Zita”nın Suriya ordusu tərəfindən azad edilməsilə bir zamanda bu terror qrupunun başçılarından olan Cəmil Əlsalih İdlibin şimal ətrafına qaçıb.
Digər bir məlumata əsasən, Suriya ordusunun qırıcıları terrorçuların Əltəmaniə-də yerləşən mövqelərini bombalayıblar.