Livan Hizbullahı 2 sionist casusluq pilotsuzunu vurub
-
Livan Hizbullahı 2 sionist casusluq pilotsuzunu vurub
Livan Hizbullahının hava hücumundan müdafiə qüvvələri bu gün səhər tezdən Beyrutun cənubunda sionist rejimin iki casusluq pilotsuzunu vurub.
Livan Hizbullahının hava hücumundan müdafiə qüvvələri sionist rejimin bu iki casusluq pilotsuzunu Beyrutun cənubundakı Zahiyyə bölgəsində hədəfə alıbdır.
Sionist rejimin Livanın hava məkanına qarşı pilotsuz təcavüzü bu rejimin Suriyaya hücumundan bir saat sonra həyata keçibdir.
Sionist rejim daim Livanın hava, dəniz və quru məkanlarını pozur.
Bu rejim həmçinin bəzi hallarda Livan səmasından Suriyaya hücum üçün istifadə edir.
Sionist rejimin Suriyaya qarşı ən yeni hücumu bu gün səhərçağı baş veribdir.
Bu rejim qırıcıları dünən gecə Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən Əqrəba kəndinə tərəf bir neçə raket atıblar.
Suriya ordusunun zenit raket sistemi bu raket hücumu ilə sionist rejimlə mübarizə aparıbdır.
Sionist rejim daim terrorçulara dəstək üçün Suriya ordusunun mövqeləri və infrastrukturlarını hədəfə alır.