Sionist rejim naziri Ramullahın qərbində anti-sionist əməliyyatdan hiddətlənib
Sionist rejimin nəqliyat naziri Ramullahdakı anti-sionist əməliyyata reaksiyada qərb sahilnin tamamilə qəsb edilməsi və Fələstin muxtariyyətinin buraxılmasını istəyib.
Cümə günü əldəqayırma bir bombanın Ramullahın qərbindəki Dulf qəsəbəsinin yaxınlığında partlaması nəticəsində bir sionist qadın ölüb, iki nəfər də yaralanıbdır ki, bu da sionist rejim başçılarına qarşı tənqidlər dalğasına səbəb olubdur.
Sionist rejimin nəqliyat naziri Betselel Semotriç düşmənçilik mövqeyindən çıxış edərək, vurğulayıb ki, Fələstin muxtariyyəti buraxılmalı və sionist rejim Qərb sahilində işlərin tam idarə olunmasını öz əlinə almalıdır.
Sionist rejimin sağ təmayüllü partiyaları qərb sahilində müqavimət əməliyyatlarının artmasını baş nazir Benyamin Netanyahunun zəif siyasətlərinin nəticəsi hesab edirlər.
Bundan öncə Benyamin Netanyahu fələstinlilərin müqavimət əməliyyatlarının davam etməsindən qorxuya düşərək, bu rejimin xəfiyyə üzrə məsul şəxslərinin təcili iclasının keçirilməsini istəmişdi.