Avq 26, 2019 16:23 Asia/Baku
  • Əlfəth fraksiyası: Sionist rejimin Əlhəşduşşəbinin qərargahına hücumu İraqa müharibə elanıdır

İraq parlamentində Əlfəth fraksiyası sionist rejim təyyarələrinin Əlhəşduşşəbinin qərargahına hücumunu İraqa müharibə elanı və Amerika tərəfindən İraq səmasına nəzarətin sonu adlandırıb.

Hadi Əlamirinin başçılıq etdiyi Əlfəth fraksiyası dünən gecə yaydığı bəyanatda vurğulayıb: Sionist rejimin Əlhəşduşşəbinin qərargahları və sursat anbarlarına ardıcıl təcavüzləri bu rejimin Əlhəşduşşəbini və onun komandanlarını hədəfə almaq üzrə rəftarında  təhlükəli bir dönüş nöqtəsidir.

Bu bəyanat həmin hücumlara cavab haqqının qorunub saxlanılmasına təkid edərək, onu İraqa, bu ölkənin xalqı və suverenliyinə müharibənin elan olunması hesab edib. Bəyanat bu təcavüzün bütün məsuliyyətini Amerikanın başçılığı altında və İŞİD ilə mübarizə iddasında olan koalisiyaya yönəldibdir.

Əlfəth fraksiyası İraqın hökuməti və parlamentindən istəyibdir ki, bu ölkənin xalqı, hərbi və təhlükəsizlik təşkilatlarını, ordusu və Əlhəşduşşəbini müdafiə etsin və İraqın ləyaqəti və istiqlaliyyətinin qorunması üçün bütün strateji həll yollarını araşdırsınlar.

İraq milli hikmət cərəyanının rəhbəri Əmmar Həkim də sionist rejimin Əlhəşduşşəbinin bu ölkənin Ələnbar vilayətində yerləşən qərargahına qarşı hücumunu pisləyərək, deyib: İraqın suverenliyinin ardıcıl şəkildə pozulması və vətəndaşların həyatına qarşı zorakılıqla barışmayacağıq.

İraqın xalq səfərbər qüvvələr təşkilatı- Əlhəşduşşəbinin dünən gecə yaydığı bəyanatda deyilir: Bu hücum iki sionist pilotsuzu ilə Əkaşat-Əlqaim şosesində, İraq-Suriya sərhədinin on beş kilometrliyində baş verib.

Teqlər