Qərb sahilində fələstinli əsirlərlə həmrəylik yürüşü
Yüzlərlə fələstinli İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində son günlərdə heç bir ittiham vurulmadan həbs olunmalarına etiraz olaraq, aclıq keçirən sionist rejim məhbəslərində saxlanan fələstinli əsirlərlə həmrəylik elan etmək üçün yürüş keçirib.
Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Cenin şəhərindəki ofisi qarşısında keçrilən bu yürüşün iştirakçıları sionist rejim tərəfindən fələstinli əsirlərin geniş şəkildə yatırılmaları və idarə həbsi adlı ittiham vurulmadan həbsolunma siyasətinin dayandırılması və əsirlərin azad edilmələri üçün səy göstərilməsi vacibliyinə təkid ediblər.
Sionist rejim məhbəslərində saxlanan yüz fələstinli əsir bazar ertəsi günü səhərdən qeyri-məhdud aclıq aksiyasına başlayıb.
Bu aksiyaya səbəb, sionist rejimin və həmin zindanların məsul şəxslərinin xərçəng xəstəliyinə bais olan parazit sistemləri barədə əldə olunmuş razılaşmalara və onların tələblərinə etinasızlıq etmələridir.
Hazırda sionist rejim məhbəslərində təqribən 6 min fələstinli əsir var. Onların 62 nəfəri qadın, 300 nəfəri də həddi-büluğa çatmamış uşaqlardır.
Sionist rejim məhbəslərindəki fələstinli əsirlər daim bədən və ruhi işgəncələrə və ya qeyri-insani rəftarlara məruz qalırlar.